Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Gəmiçilik tariximizdə ilk azərbaycanlı baş mühəndis

Azərbaycan tarixinin ən ağrılı və qanlı faciələrindən biri olan 20 yanvar 1990-cı il. Xalqımızın yüzlərlə oğul və qızlarının şəhidlik zirvəsinə ucaldığı bu acı tarix uzun zaman yaddaşlarımızda sovet rejiminin bizə qarşı törətdiyi vəhşilik nümunəsi kimi qalacaq.

O zaman bu faciəyə qarşı çıxan ona etirazını bildirən həmvətənlərimiz arasında dənizçilər də olub. İgid dənizçilərmiz 20 yanvar qurbanlarının, yaxınlarının ümumilikdə bütün Azərbaycanın ahını gəmilərdən SOS siqnalı vasitəsi ilə bütün dünyaya çatdırıb. Həmin dövrdə bütün imkanlardan istifadə edərək bu qanlı hadisəyə etirazını bildiriblər.

Belə qəhrəman dənizçilərimizdən biri də Arif Həsənov olub. Arif müəllim 20 yanvar 1990 cı il hadisələri zamanı məsuliyyəti tam öz üzərinə götürərək keçmiş SSRİ qoşunlarının  şəhidlərin meyidlərinin  Bakıdan çıxartmaq niyyətinin qarşısını almaq məqsədi ilə Bakı  Buxtasındakı bərənin baş mühərrikini sökdürərək bərəni texniki baxışa saxlayıb. O, eyni zamanda Türkmənistanın “Krasnovodsk“ limanındakı bərənin dizelini sökdürərək bərə ilə Bakıya desant yeridilməsi planının  qarşısını alıb.

Bundan başqa Arif Həsənov 1987-1996 illər ərzində Xəzər Dəzər Dəniz Gəmiçiliyinin baş mühəndisi vəzifəsinə təyin edilib. Bununla da, o, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə ilk azərbaycanlı  baş mühəndis kimi daxil olub.

Onun keçdiyi həyat yoluna nəzər salanda bu insanın bütün varlığı ilə dənizə bağlı olduğunu görürük.

Bakının  Zirə qəsəbəsində 23 sentyabr 1944-cü ildə anadan olub. Zirə kəndində yerləşən 120 saylı orta məktəbi bitirdikdən sonra 1962-ci ildə Bakı Dəniz Yolları məktəbinə qəbul olub.

1967-ci ildə məktəbi bitirərək Xəzər Dəniz Gəmiçiliyində əmək fəaliyyətinə başlayıb. 1974-1980-ci ilkərdə istehsalatdan ayrılmadan Odessa Ali Dəniz Mühəndisləri məktəbində təhsil alıb. 1985-1986-cı illərdə isə Bakı Ali Partiya məktəbində oxuyub.

1975-ci ilə qədər Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində 4-cü, 3-cü və 2 -ci mexanik vəzifələrində çalışıb. Qısa müddətdə baş mexanik vəzifəsinə qədər yüksəlməyi bacarıb. O, 1975-1982-ci illərdə baş mexanik kimi bir çox gəmidə işləyib. Birinci dərəcəli  mexanikdir.

1982-1986-cı illərdə Gəmi təsərrüfatı xidmətində şöbə rəisi  olub. 1986-1987-ci  ildə isə Xəzər Dəniz Gəmiçiliyində Donanmanın Mexaniki  İstismar Xidmətinin rəisi vəzifəsini yerinə yetirib.

1987-1996 illər ərzində Xəzər Dəzər Dəniz Gəmiçiliyinin baş mühəndisi vəzifəsinə təyin edilib. Bununla da, o, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə ilk azərbaycanlı  baş mühəndis kimi daxil olub.

Arif müəllim hal-hazırda da əmək fəaliyyətini davam etdirir.  O, “Texmarin LTD” MMŞ-nin təsisçisi və Baş direktoru vəzifəsində çalışır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır