Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Konteynerləri gəmiyə “yükləyən” ilk adam

XX əsrin otuzuncu illərində sadə nəqliyyat daşımaları şirkətinin sahibi olan amerikalı Malkon Persel Maklinin ağlına yeni ideya gəldi: ədədlə sayılan malları xüsusi bir qabda daşımaq.

Əslən ABŞ-ın Şimali Korolina ştatından olan iş adamının bu ideyası sonralar konteyner daşımalarının əsasını qoydu. Amma,İkinci Dünya müharibəsinin başlanması, maliyyə vəsaitinin azlığı və digər gəmiçilik şirkətləri sahiblərinin onun ideyasına şübhə ilə yanaşmaları “Dəniz-quru” şirkətinin prezidentinin arzusunu bir müddət ertələdi.

Müharibə bitdi, dünyada iqtisadi fəallıq artdı. Bütün sahələrdə olduğu kimi, yük daşımalarında da canlanma müşahidə edildi...

İnadkar Malkon Persel də öz ideyasını gerçəkləşdirmək üçün 1956-cı ildə Nyu-York limanında şəxsi gəmisinə 56 konteyner yükləyərək təyinat limanına - Hyustona  çatdırır. Bu qabların yüklənməsi üçün gəmidə Perselin cizgiləri əsasında yenidənqurma işləri görülür. 

 

 Malkon Persel Maklin

Perselin yükdaşımaya yeni yanaşması işbazlar tərəfindən böyük maraqla qarşılanır. Həmin dövrdə modal yükdaşımaların (yükü bir nəqliyyat vasitəsindən digərinə qoymaq) artması yeni – konteyner növünü daha  əhəmiyyətli edir.

Bundan başqa, Malkon Persel bu tip yüklərin saxlanılması üçün xüsusi avtomobil dayanacağı da qurur. Bir neçə il sonra onun ixtiyarında bütün Amerika üzrə yükləmə-boşaltma şəbəkəsi var idi.

Daşımanın bu növünə tez bir zamanda bütün dünyada tələbat artdı. Digər daşımalarla müqayisədə onun üstünlükləri çox idi. Rahat və təhlükəsiz olduğu qədər də iqtisadi cəhətdən sərfəli idi.

Sağlığında 27 min konteyneri və 36 konteynerdaşıyan gəmisi olan bir şirkətin sahibi Malkon Persel  tarixə həm də daşımalarda konteyner üsulunu ilk dəfə tətbiq edən bir insan kimi düşüb.

Musa Əliyev – ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır