Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Prezident İlham Əliyev Qafqazda yeni eranın əsasını qoyub (TƏHLİL)

Bakıda ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi xarici siyasətin növbəti uğurlu nəticələrindədir.

Ötən il olduğu kimi, bu il də cənab Prezident bu konfransdakı çıxışı ilə həm qonaqlara, həm də bütün dünyaya işğal və postmünaqişə dövrünün reallıqlarını şəxsən çatdırdı.

Hələ ötən il “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı bu forumun ideyası yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi və bir ildən sonra - bu forum Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirildi.

Bu gün tam əminliklə demək olar ki, Azərbaycan və onun mədəniyyət paytaxtı Şuşa beynəlxalq tədbirlər, forumlar məkanına çevrilib. Şuşa bu gün təkcə Azərbaycanın mədəniyyət paytaxtına yox, eyni zamanda regionun diplomatik paytaxtına, mərkəzinə çevirilir.

Prezident İlham Əliyev çıxışında bir sıra vacib məqamlardan bəhs etdi, azad olunmuş əraizlərdəki geniş quruculuq işləri, Azərbaycanın qonşu dövlətlərlə və eyni zamanda digər xarici dövlətlərlə münasibəti, iqtisadi əlaqələrin inkişafı, Bakı və İrəvan arasındakı son vəziyyət, Azərbaycanın regionda sülh tərəfdarı olması və bu istiqamətdə görülən işlərə toxundu.

Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib ki, Prezident İlham Əliyevin ADA Universitetindəki beynəlxalq konfransda çıxışı və cavablandırmaları öz real xarakteri, şəraitə uyğunluğu və konkret nəticələr doğurmaq gücünə malik olması ilə seçilir.

"Ermənistanın müharibəyə qədərki və ondan sonrakı dövrdə apardığı siyasətin mahiyyətini dünyanın tanınmış düşüncə sahiblərinə çatdırmaq çox vacib və əhəmiyyətli idi və Prezident İlham Əliyev bunu yüksək səviyyədə etməyi bacardı. Prezident İlham Əliyev bu çətin vəzifəni özünün geniş məlumatlara sahib olması, regional və beynəlxalq siyasətə dərin bələdçiliyi, savadlı auditoriya ilə işləmək və Azərbaycanın vəziyyətini hər tərəfdən dəqiq görmək qabiliyyəti sayəsində icra edə bildi.

Prezident Ermənistanın işğal, qanunsuz məskunlaşdırma, coğrafi adları dəyişdirmə və etnik təmizləmə siyasətinin əsil vandal mahiyyətini xarici düşüncə adamlarına böyük məharətlə çatdıra bildi. Belə mötəbər konfrans auditoriyasına izah etmək çox vacib idi ki, Ermənistan Azərbaycanın rayonlarını birinci Qarabağ müharibəsində yox, ondan sonra düz 30 il davam etmiş vəhşi işğal dövründə darmadağın edib. Prezident Əliyevin bu taktikası Ermənistanın bu dağıntıları guya birinci Qarabağ müaribəsinin hərbi əməliyyatlarının labüd nəticəsi kimi qələmə vermək siyasətini alt-üst edir. Prezident Əliyev sübut edir ki, Ermənistan rayonlarımızı məqsədli, qisas, talan və iyrənc qazanc naminə dağıdıb.

Prezident Əliyev 44 günlük müharibədəki hərbi-siyasi qələbəmizlə yanaşı postmüharibə reallıqlarını Ermənistana və daha geniş dairələrə qəbul etdirmək yönündə siyasətimizin uğurlarını da əla təqdim etdi. Xarici qonaqlar bir daha gördülər ki, Ermənistan bu gün sülh gündəmini məhz Azərbaycanın düzgün və təsirli siyasəti altında qəbul edib. Dünya rəsmilərinin bilməsi və məhz Əliyevdən eşitmələri çox əhəmiyyətlidir ki, Azərbaycanın 5 sülh təklifini bu gün Ermənistan da gec də olsa qəbul edib", - deyə o əlavə edib.

A.Quliyev qeyd edib ki, Azətbaycan Prezidenti 5 sülh təklifini regionda davamlı və möhkəm sülhün müstəsna əhəmiyyətli şərti kimi təqdim etdi. Dünyanın rəsmi və analitik dairələri bizim prezidentin çıxışındakı bu məqama hələ bundan sonra da çox müraciətlər edəcəklər. Çünki İlham Əliyev regionda möhkəm və davamlı sülhün tutarsız alternativlərini yaratmaq istəyənlərin mövqeyini alt-üst etdi.

"Azərbaycan prezidentinin mülahizə və cavabları Azərbaycanın postmüharibə sülh siyasətinin əsaslarını və böyük perspektivlərini təqdim etməkdə çox məzmunlu və dəyərlidir", - deyə o əlavə edib.

Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev isə əlavə edib ki, Prezident İlham Əliyev Qafqazda yeni eranın başlanığcının əsasını qoyub.

“Prezident İlham Əliyev öz çıxışı ilə bir daha sübut etdi ki, onun məqsədi və məramı ilk növbədə regional inkişaf, möhkəm sülhün təmin olunması və səmimiyyət üzərində qurulmuş qonşuluq siyasətinin əldə edilməsindən ibarətdir”.

“Cənab Prezident çıxışı zamanı bir neçə mühüm məqamlara toxunaraq xüsusilə, 44 günlük Vətən müharibəsindən sonar regionda baş verən dəyişiklikləri geniş və mükəmməl fikirləri ilə şərh etdi, Azərbaycanın regiondakı yeri və rolunun bundan sonar hansı istiqamətdə davam edəcəyini vurğuladı”, deyən Bəhruz Quliyev həmçinin bildirib ki, Azərbaycanın Qarabağ torpaqlarının işğala məruz qaldığı 30 il ərzində baş verənlər göz önündədir və ölkəmiz bu sarsıntıları, dağıntıları yenidən bərpa etmək, regionu dirçəltmək üçün bütün gücünü, qüvvəsini səfərbər edib:

“Əbəs deyil ki, İlham Əliyev Qafqazda yeni eranın, sülh və əməkdaşlıq mühitinin başlandığını vurğulayıb, eləcə də prosesin Azərbaycan tərəfindən fəal şəkildə təşviq edildiyini dedi. Buna misal kimi isə nəhayət, Azərbaycanın irəli sürdüyü 5 təməl prinsinin Ermənistan tərəfindən qəbul edildiyini xatırlatdı. Təbii ki, bütün bunlar bilavasitə cənab Prezidentin qətiyyəti, iradəsi və əlbəttə ki, xarizmatik Liderliyi sayəsində əldə olundu. Bunu artıq beynəlxalq siyasi-diplomatik çevrələr də yaxşı bilir, anlayırlar ki, İlham Əliyev sözünə əməl edən və qarşıya qoyulan məqsədləri həyata keçirən dövlət başçısıdır və əgər çıxışı zamanı onun tərəfindən irəli sürülən yeni mesajlar verildisə, demək qarşıda regionu daha böyük imkanlar, inkişaflar gözləyir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurmaq planlarından başlayaraq digər nəhəng layihələrin realizəsi istiqamətində verilən vədlərin reallaşdrılması da bu xüsusdandır.

Cənab Prezident qeyd etdi ki, bu planlar həqiqətən genişmiqyaslıdır və biz onları büdcəmizdən ayrılan vəsaitlərimiz hesabına icra edirik. Yəni fakt budur ki, biz müasir dövrümüzdə müharibənin bir gününün nə qədər maliyyə xərcləri tələb etdiyini yaxşı bilirik və məhz müharibədən sonra görülən bu işlərin hər birinin dövlət büdcəsi hesabına həyata keçirilməsi bilavasitə Azərbaycan iqtisadiyyatının gücünün, qüdrətinin göstəricisidir. Ona görə də, İlham Əliyev çıxışı zamanı qarşıda dayanan vəzifələr barədə bəhs edərkən yeni reallıqları möhkəmləndirmək və regionda görülən işləri təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla işləməyin əhəmiyyətini qeyd etdi, bu vacibliyin həmin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməli olduğunu vurğuladı”.

“Söz yox ki, ortada mövcud olan gerçəklik ölkəmizin, dövlət siyasətimizin daha da gücləndirilməsi məqamını ehtiva edir”, deyən siyasi ekspert sonda daha bir faktora da toxunaraq vurğuladı ki, Prezident İlham Əliyev yaxın 10 ildən də tez Azərbaycaınn iqtisadi, siyasi və s. istiqamətlərdə tutduğu mövqeyinin daha da güclənəcəyi anonsunu verdi və biz buradan həm də o nəticəni çıxarmalıyıq ki, artıq Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olması ilə yanaşı, həm də bizimlə əməkdaşlıq edən bütün siyasi mərkəzlərlə səmimi münasibətlər qurmaqda maraqlıyıq:

“Bax, budur yeni reallıq, yeni həqiqətlər və yeni tərəqqi təzahürləri. Dövlət başçımız həmin xüsusda qeyd etdi ki, Ermənistanla olan problemlər də həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq. Dövlətimizin başçısı deyib ki, bunun üçün fürsət və imkanlar var. Azərbaycan istər nəqliyyat, istər enerji sahəsində regional layihələrin reallaşdırılmasında, Azərbaycan-Türkiyə-Gürcüstan kontekstində üçtərəfli əməkdaşlıqda çox mühüm rol oynayır. Düşünürəm ki, bu, mesaj olmaqla yanaşı, həm də yeni reallıqların çağırışı idi və biz qısa dövr ərzində Azərbaycanın təməlli qüdrətli dövlət olaraq məhz xarizmatik, praqmatik liderimiz İlham Əliyevin mütərəqqi siyasəti altında daha böyük uğurlara imza atacağını müşahidə edəcəyik”.

TREND


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır