Liepaya limanına yan alan gəmilərin sayı azalıb
2022-ci ilin yanvar-sentyabr aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% artaraq 5,65 milyon tona çatıb.
Liman administrasiyasından verilən məlumata görə, taxıl aşırılmasının həcmi 39% - 2,21 milyon tona qədər, tikinti materialları 10% - 587,2 min tona qədər, neft məhsulları 4% - 239,5 min tona qədər artıb, ümumi yüklər 30% artaraq 1,7 milyon olub.
Limandan keçən sərnişinlərin sayı 225% artaraq 71 512 nəfər təşkil edib.
Ötən müddətdə gəmilər limana 1207 dəfə yan alıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1% az deməkdir.
Qeyd edək ki, 2021-ci ildə Liepaya limanının yük dövriyyəsi 7,06 milyon ton təşkil edib.
“Seanews. az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır