Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-22,
Seanews
Heyder Eliyev

150 min kubmetrlik ultra böyük etan daşıyıcısı hazırlanacaq

“HD Hyundai Heavy Industries”, GTT və “Lloyd’s Register” etan daşıyıcıları bazarı üçün indiyədək ən böyük gəmi konsepsiyasının hazırlanması üzrə layihəyə başlayıblar.

“Seanews.az” xəbər verir ki, 150 000 kubmetr tutumlu ultra böyük etan daşıyıcısı (ULEC) GTT-nin “Mark III Slim” yük saxlama sistemi ilə təchiz ediləcək.

Layihənin icrası zamanı tərəflər texniki məsələləri, o cümlədən gəminin konstruksiyası, yük saxlama sisteminin inteqrasiyası, təhlükəsizlik, istismar imkanları, eləcə də təsnifat və normativ tələblərə uyğunluğunu qiymətləndirəcəklər.

Son illərdə ABŞ-dən etan ixracının və Asiyada neft-kimya sənayesində tələbatın artması bu xammalın daşımalarının sürətlə genişlənməsinə səbəb olub. Bu da gəmi sahiblərini və tərsanələri bir reysdə daha çox yük daşıya bilən iri etan daşıyıcılarının hazırlanmasına yönəldib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır