LNG qəbulu üçün Finlandiya və Estoniyanın birgə üzən terminalı ilkin olaraq Finlandiyanın İnko limanında yerləşdiriləcək
2022-ci ilin sonunda mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün Finlandiya və Estoniyanın birgə üzən terminalı ilkin olaraq Finlandiyanın İnko limanında yerləşdiriləcək.
Bu ilin aprelində Finlandiya və Estoniya hökumətləri üzən LNG terminalının birgə icarəsi hesabına Rusiya qazının idxalını əvəz etmək qərarına gəldilər. Daha sonra belə bir gəmi Amerikanın “Excelerate Energy” şirkətindən 10 il müddətinə icarəyə götürüldü.
Gəmi üçün Estoniyanın Paldiski və Finlandiyanın İnko limanlarında baza hazırlanıb.
Mayeləşdirilmiş qaz Finlandiya və Estoniyaya bərabər paylanacaq.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır