Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

G:”GTZ-nin qarət olunması ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Zığ Gəmi Təmiri Zavodunun qarət olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Gəmiçilikdən verilən məlumata görə, bu məlumatlar həqiqəti əks etdirmir: “Həmin hadisənin mahiyyəti şişirdilib. Burada söhbət qarətdən yox, oğurluğa cəhddən gedir. Belə ki, QSC-yə məxsus zavodun əməkdaşı, fəhlə kimi çalışan Adil Kazımov istehsala yararsız 10 kiloqramdan çox olmayan mis qırıntılarını aparmaq istəyib. Amma onun bu cəhdi baş tutmayıb, mis qırıntıları müəssisənin ərazisindən kənara çıxmayıb”. Qeyd olunub ki, bununla əlaqədar, Adil Kazımov inzibati qaydada cəzalandırılaraq işdən kənarlaşdırılıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır