Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Hanwha Ocean” ammonyakın daşınması üçün 4 tanker inşa edəcək

Cənubi Koreyanın “Hanwha Ocean” gəmiqayırma şirkəti Yunanıstanın “Naftomar” gəmiçilik şirkətindən ammonyak daşıyacaq dörd VLAC tankerinin inşası üçün sifariş alıb.

“Seanews.az” xəbər verir ki, müqavilənin dəyəri 496 milyon dollardır.

Gəmilər Koje adasındakı “Hanwha Ocean” tərsanəsində inşa ediləcək. Yük çənlərinin tutumu 93 min kubmetr olacaq gəmilər 2027-ci ilin birinci yarısında təhvil veriləcək.  Beləliklə, həmin gəmilər bu tipdən ən böyük tankerlər olacaq. Gələcəkdə ammonyakdan bunker yanacağı kimi istifadə etmək üçün gəminin mühərriklərinin təkmilləşdirilməsi də mümkündür.

Keçən ilin sentyabrında “Hanwha Ocean” şirkətinin mühəndisləri 86 000 kubmetrlik ammonyak tankerinin konsepsiyası üçün Fransanın “Bureau Veritas” təsnifat cəmiyyətindən prinsipial təsdiq sertifikatı alıblar. Bir ay sonra oxşar sənəd Britaniya təsnifat cəmiyyəti “LR”-dən alınıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır