Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Mabanaft” və “TUI Cruises” kruiz gəmiləri üçün metanol tədarükü barədə razılığa gəliblər

Enerji təchizatçısı Almaniyanın “Mabanaft” (Hamburq) şirkəti aparıcı kruiz operatorlarından biri olan “TUI Cruises” ilə gələcəkdə “yaşıl” metanolun tədarükünə dair niyyət sənədi imzalayıb.

“Seanews.az” xəbər verir ki, alternativ yanacaqla bunker ediləcək ilk gəmi “Mein Schiff 7” olacaq.

“Mein Schiff 7” kruiz gəmisi bu il istifadəyə veriləcək. “TUI Cruises” enerji keçidinə cavab olaraq kruiz donanmasını metanolla işləməyə uyğunlaşdıracaq. Gələcəkdə metanol bərpa olunan enerji mənbələrindən (“yaşıl” metanol) elektrik enerjisi hesabına istehsal olunacaq. Şirkət yaxın bir neçə il ərzində Almaniyadakı donanmasına metanolla işləyən daha iki kruiz gəmisi əlavə etmək niyyətində olduğunu bildirib.

Almaniya, Danimarka və Macarıstanda nəqliyyat və saxlama terminallarının operatorları üçün yanacaq təchizatçısı kimi “Mabanaft Group” öz müştərilərinə karbohidrogen yanacaqlarından uzaqlaşmanı sürətləndirməyə kömək etmək üçün təqdim etdiyi məhsulların siyahısını metanol və digər alternativ dəniz yanacaqları ilə genişləndirmək niyyətindədir. “Mabanaft” şirkəti Hamburqda və ola bilsin ki, digər limanlarda da metanol tədarükü üçün lazımi saxlama və bunker infrastrukturu yaratmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır