Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Hagland Shipping” Norveçdə daşımalar üçün ekoloji cəhətdən təmiz quru yük gəmiləri sifariş edib

Norveçin kabotaj daşımaları üzrə ixtisaslaşmış “Hagland Shipping” gəmiçilik şirkəti Niderlandın “Royal Bodewes” tərsanəsi ilə dedveyti təxminən 5 min ton olan dörd özüboşaldan quru yük gəmisinin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, müasir güc mühərrikli yükdaşıyanlar karbon yanacaq mühərrikli köhnə gəmiləri əvəz edəcək.

Yeni gəmilər az kükürdlü yanacaq və elektrik enerjisi ilə işləyəcək. Gələcəkdə mühərriklərini metanolla işləmək üçün də uyğunlaşdırmaq mümkün olacaq. Gəmilər həmçinin istilik bərpa sistemi ilə təchiz ediləcək.

Sifariş edilən balkerlərdən birincisi “Hagland Shipping”-in donanmasına 2025-ci ilin sonunda qoşulacaq. Gəmilər Norveç Beynəlxalq Gəmiçilik Reyestrinin (NIS) bayrağı altında qeydiyyatdan keçəcək.

Gəmiçilik şirkəti 4 yeni gəminin tikintisinə 800 milyon Norveç krondan çox (80 milyon dollar) xərcləyəcək ki, bu da qrupun tarixində ən böyük sərmayədir. Layihə kabotaj gəmiçiliyi donanmasının yenilənməsi üzrə dövlət proqramı çərçivəsində dəstək alıb.

Keçən ilin noyabrında “Hagland Shipping” şirkəti “Royal Bodewes”-dən üç yeni gəmi seriyasından sonuncunu təhvil aldı. Yeni gəmilər eyni layihəyə uyğun, lakin zərərli emissiyaları daha da azaldacaq bir sıra yeniliklərlə hazırlanacaq. “Hagland”-in köhnə gəmiləri ilə müqayisədə yeni yük daşıyıcıları karbon qazı emissiyalarını 40-50%, azot oksidi emissiyalarını isə 90-95% azaldacaq.

Norveç gəmiçilik şirkəti “Hagland Shipping” (“Hagland” şirkətlər qrupuna daxildir) 1983-cü ildə yaradılıb. Donanması Şimali Avropa və Baltikyanı ölkələrdə dəniz daşımalarını həyata keçirən 13 özüboşaldan yükdaşıyan və dörd yeni gəmidən ibarətdir. “Hagland Shipping”-in gəmiləri (3,700-5,000 dwt) bir sıra sənaye şirkətləri üçün kabotaj marşrutları ilə əsasən daş və taxta, eləcə də digər toplu yükləri daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır