Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Hanwha Ocean” dənizdə külək stansiyaları üçün ilk böyük tutumlu gəmisini suya buraxıb

“Hanwha Ocean Shipyard” (keçmiş “DSME”) 10 MVt və ya daha çox gücü olan dəniz külək turbinləri quraşdırmaq üçün ilk iri tutumlu gəmisini suya buraxıb.

“Seanews.az” xəbər verir ki, Cənubi Koreya şirkəti uzunluğu 148 metr, eni 56 metr olan gəminin tikintisi üçün 2021-ci ildə müqavilə imzalayıb. Bir səfərdə 15 MVt gücündə beş böyük dəniz külək turbinini daşıya bilən gəmi tikinti başa çatdıqdan sonra 65 metrə qədər dərinlikdə quraşdırma işlərini həyata keçirə biləcək.

Danimarkanın “Cadela” şirkəti üçün tikilən gəmi istismara hazır olduqdan sonra Kardelaya (Danimarka) çatdırılacaq.

Gəmiqayırma zavodu hazırda iki belə gəmi tikir və dəniz külək turbinlərinin və dəniz yarımstansiyalarının daşınması, quraşdırılması və istismarı üçün gəmilər inşa etməklə biznesini genişləndirməyi planlaşdırır.

Cənubi Koreyanın kimya və müdafiə sənayesindəki şirkətlər qrupu  “Hanwha Group”-a daxil olan “Hanwha Ocean” (əvvəllər “Daewoo Shipbuilding & Marine Engineering”, “DSME”) sifarişlərin həcminə görə dünyanın üçüncü ən böyük gəmiqayırma şirkətidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır