Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Hetman Ivan Mazepa" dəniz sınaqlarına başlayıb

Türkiyədə yerləşən “Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” şirkəti tərəfindən həyata keçirilən və son mərhələdə 4 korvetin inşasını ehtiva edən Ukrayna MİLGEM Layihəsinin ilk gəmisi “Hetman Ivan Mazepa” (F-211) dəniz sınaqlarına başlayıb.

"Ordu.az" xəbər verir ki, “Hetman Ivan Mazepa” korvetinin dəniz qəbul sınaqlarına gəminin bütün sistemlərinin və performansının ətraflı müayinəsi daxildir.

Bu sınaqlar gəminin əməliyyat qabiliyyətini qiymətləndirmək üçün mühüm addım hesab olunur.

Müasir sensorlar və silah sistemləri ilə təchiz edilən korvetlə Ukrayna dənizdə müdafiə qabiliyyətini artırmağı hədəfləyir.

Korvet ASELSAN istehsalı olan 35 mm-lik “Gökdeniz” Yaxın Hava Hücumundan Müdafiə Sistemi ilə təchiz edilib.

“Hetman Ivan Mazepa”nın digər ASELSAN məhsullarına gəmidə quraşdırılmış STAMP 12,7 mm uzaqdan idarə olunan silah sistemləri daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır