Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Üç FPSO gəmisi 12 milyard dollara başa gələcək

2024-cü ilin aprel-iyun aylarında neft hasilatı, saxlanması və boşaldılması (FPSO) gəmilərinin tikintisi üçün üç sifariş verilib. Sifarişlərin ümumi dəyəri təxminən 12 milyard dollardır.

“Seanews.az” xəbər verir ki, “Energy Maritime Associates” (“EMA”) şirkətinin üzən istehsal sistemləri bazarı üzrə rüblük hesabatında belə deyilir.

“Petrobras” və “Seatrium” şirkətləri arasında iki FPSO-nin – “P-84” (“Atapu 2”) və “P-8” (“Sepia 2”) gəmilərinin layihələndirilməsi, alınması və tikintisi (EPC) üçün müqavilə imzalanıb. Bu müqavilənin dəyəri 8,16 milyard dollar təşkil edib.

“Saipem” şirkəti isə Anqoladakı “Total Kaminho” layihəsi üçün FPSO üzən qurğusunun tədarükü və istismarı, həmçinin sualtı sistemlər, qaldırıcılar və axın xətlərinin quraşdırılması və sair işlər üçün 3,7 milyard dollar dəyərində müqavilə bağlayıb.

FPSO gəmiləri üçün əlavə sifarişlər 2024 və 2025-ci ilin ikinci yarısına planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır