Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Konteyner gəmisi alternativ yanacaqla ilk səfər edib

Tayvanın “Wan Hai Lines” gəmiçilik xətti bioyanacaqdan istifadə etməyə başlayıb.  “WAN HAI 510” (“Tai Chun”) konteynerdaşıyanı şirkətin alternativ yanacaqla işləyən ilk gəmisi olub.

“Seanews.az” xəbər verir ki, xətti gəmiçilik şirkətinin məlumatında belə deyilir.

4,3 min TEU tutumu olan gəmi səfərdən əvvəl B24 bioyanacağı ilə doldurulub. Sinqapur limanında alternativ yanacaqla bunkerlər həyata keçirilib.

 “WAN HAI 510” konteyner gəmisi Uzaq Şərqlə Hindistan arasında marşruta xidmət edir.

Qeyd edək ki, Tayvanın “Wan Hai Lines” gəmiçilik şirkəti 1965-ci ildə yaradılıb. 142 gəmisi olan şirkət ümumi tutumu 430,8 min TEU olan donanması ilə böyük konteyner daşıyıcılarından biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır