Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Yeni tikilən avtomobil daşıyıcılarının 10 göyərtəsi olacaq

“United European Car Carriers” (“UECC”) Çinin “China Merchants Jinling Shipyard Nanjing” şirkəti ilə ekoloji cəhətdən təmiz PCTC avtomobil daşıyıcılarının inşası üçün müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, 2028-ci ildə iki gəminin təhvil verilməsini nəzərdə tutan bu müqavilə daha iki oxşar gəminin tikintisini reallaşdırmağa imkan verir.

4,5 min avtomobil tutumlu daşıyıcılarının ikisin qaldırıla bilən 10 göyərtəsi olacaq.

Gəmilər çox yanacaqlı mühərriklər, günəş panelləri və sahildəki enerji mənbələrinə qoşulmaq üçün avadanlıqlarla təchiz ediləcək.

Hazırda “UECC”-in donanmasında günəş panelləri və LNG ilə işləyən mühərriklərlə təchiz edilmiş üç hibrid avtomobil daşıyıcısı var. Bunlar "Auto Advance", "Auto Achieve" və "Auto Aspire" gəmiləridir.

“UECC” yeni sifariş edilmiş gəmilərdən Avropa limanları arasında qısa dəniz daşımalarında istifadə etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır