Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Avropanın nəhəng LNG bunker gəmisi Türkiyədə inşa olunub

Beynəlxalq enerji şirkətlər qrupu „Shell“ yeni mayeləşdirilmiş təbii qaz (LNG) bunker barjınının adlandırılması və istismara verilməsi  mərasimi keçirib.

“Seanews.az” xəbər verir ki, mərasim LNG bunkerinin ilk əməliyyatının həyata keçirildiyi Rotterdam limanındakı Qəbul, Saxlama və Qazlaşdırma Terminalında baş tutub.

„Energy Stockholm“ adlandırılan gəmi Türkiyənin „RMK Marine of Turkey“ gəmiqayırma zavodunda inşa edilib. 8 min kubmetr tutumlu gəmi sahibləri ilə uzunmüddətli çarter müqaviləsi əsasında “Shell Western LNG“-yə verilir. „Shell“ onu Zeebrugge, Antverpen, Rotterdam və Amsterdam limanlarından qaz mühərriki yanacağı ilə bunker etmək üçün icarəyə götürüb.

Qeyd olunur ki, “Shell” “Energy Stockholm”dan başqa, dünyanın 26 nöqtəsində fəaliyyət göstərən mayeləşdirilmiş təbii qazın bunkerləşdirilməsi üçün 12 barjdan ibarət donanmaya malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır