Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-07,
Seanews
Heyder Eliyev

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda tikilən sayca beşinci yedək gəmisi istismara verilib

ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa olunan növbəti gəmi istismara verilib. “Azıx” adlandırılan yedək gəmisi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib.

Gəminin uzunluğu 24.72, eni 6.60, bortunun hündürlüyü 3, suya oturumu 1.6 metr, dedveyti 14 tondur.

7 nəfərlik heyətlə idarə olunan gəminin sürəti 9 uzel təşkil edir. Yedək gəmisi göyərtəsinə 3 tonadək yük qəbul etmək imkanına malikdir.

“Azıx” Zavodda inşa edilən sayca beşinci gəmidir. Bundan öncə “ASCO 1” “Tərtərçay”, "Həkəriçay" və “Bərgüşadçay” adlı eyni tipli gəmilər tikilərək təhvil verilib. Hazırda bu seriyadan olan daha bir ədəd gəminin inşası davam edir.

Beynəlxalq standartların tələblərinə cavab verən sözügedən gəmilərin layihələndirilməsini “ASCO Mühəndislik” MMC-nin əməkdaşları yerinə yetiriblər.

Xatırladaq ki, ZGTTZ-də geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri ilə yanaşı, müvafiq sertifikatlaşma əsasında 2017-ci ildən gəmilərin tikintisi də həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır