Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-25,
Seanews
Heyder Eliyev

nyanın ən lüks gəmisi ilk səfərinə hazırla

Dünyanın ən lüks gəmisi hesab edilən “Celebrity Cruises” şirkətinə məxsus yeni 1 milyard dollarlıq “Celebrity Edge” gəmisi ilk səfərinə hazırlaşır. “Seanews.az” xəbər verir ki, hazırda Floridada lövbərdə gözləyən gəmi 9 dekabrda Karib turuna çıxacaq. 2019-cu ilin yazında isə Aralıq dənizi sərnişinləri üçün Atlantikə doğru yol alacaq.  “Celebrity Edge” gəmisi səyahətçilərə rahatlığın rahatlığını yaşadacaq. Onun möhtəşəmliyi gəmiyə girişdən hiss olunur. Belə ki, girişdə sərnişinləri 700-dən çox LED lampa qarşılayır.  Gəminin ən önəmli özəlliyi isə onun “magic carpet” (sehirli xalat) platformaya malik olmasıdır. 90 ton ağırlığındakı bu platforma üzən vasitənin çölündə aşağı-yuxarı hərəkət edir.   Gəmiylə səfər qiymətləri də açıqlanıb. 7 gecə Karib turu 869-7899 dolar arasında dəyişir. Eni 39 metr olan gəmi 3 min sərnişin tutumuna malikdir. “Celebrity Edge”-nin otaqlarını məşhur memar Kelly Hoppen dizayn edib.  Tərtibat zamanı əsasən təbii ağac, klassik ağ mərmər və narıncı tonlardan istifadə olunub. Gəmidə 5 min kvadratmetrlik iki lüks, altı “edge” villası, 1578 kvadratmetrlik “penthouse” tipli bir otaq və 29 restoran var. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır