Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Zöhrab Vəliyev” tədqiqat-geoloji gəmisinin əsaslı təmiri başa ça

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Zöhrab Vəliyev” tədqiqat-geoloji gəmisi əsaslı təmir olunub. “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir işləri vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb. Proses zamanı gəminin baş mühərriki, hava kompressoru, yağ seperatoru, su-yağ soyuducuları, boru sistemləri, köməkçi sükan qurğularının elektrik mühərrikləri, dayanacaq mühərriklərinin generatorları, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma sistemləri təmir olunub. Bundan başqa, qazma qurğusuna xidmət edən mexanizm və elektrik avadanlıqlarının,  gəminin verilən koordinatlarda dayanması üçün istifadə olunan dörd bucurqadın təmir, xilasedici qayığın kran-balkasının sınaq işləri həyata keçirilib. Həmçinin, işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda lazımi işlər görülüb. Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib. Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla tamamlanıb. Məlumat üçün bildirək ki, “Zöhrab Vəliyev” tədqiqat-geoloji gəmisinin uzunluğu 53,7, eni 10,72 metrdir. Gəmi ən mürəkkəb hidrogeoloji şəraitdə 32 gün fasiləsiz işləyə bilər. 150 metrədək dərinlikdə mühəndis-geoloji tədqiqatların aparılması üçün gəmidə qazma dəzgahı quraşıdırlıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır