Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

nyanın ən nəhəng konteynerdaşıyan gəmiləri -Sİ

Araşdırmaların nəticələrinə əsasən ekspertlər dünyada ən nəhəng 6 konteynerdaşıyan gəminin siyahısını hazırlayıblar. Siyahıda birinci yerdə  dünyada ilk 21 minlik konteynerdaşıyan gəmi “ OOCL Honq Kong” dur. Onun uzunluğu 399.9 metr , eni   58.8 metrdir. Tikintisi hələ yekunlaşmayan gəmi Asiya-Avropa nəqliyyat marşrutunda istismar ediləcək. Gəminin bu il istifadəyə verilməsi nəzərdə tutulub. Ümumi tutumu 20 min 568 konteyner olan “Madrid Maersk” gəmisi siyahının ikinci pilləsində qərarlaşıb. Üzən vasitənin uzunluğu 399 metr, eni isə 58.6 metrdir. Həcm və böyüklüyünə görə üçüncü yerdə “MOL Triumph” gəmisi gəlir. Uzunluğu 400 metr, eni 58.8 metr olan nəhəng artıq “The Aliance” servisi nəzdində ilk səfərini həyata keçirib. Mayın 16-da  Hamburq limanına daxil olub. Dördüncü yerdə  qərarlaşan “Barzan” gəmisinin maksimal tutumu 19.870 konteynerdir. Uzunluğu 400 metr, eni isə 58.7 metr olan gəmi Asiya-Avropa marşrutunda istismar edilir. “MSC Oscar” gəmisi beşinci yerə layiq görülüb. Gəminin maksimal tutumu 19.224 konteynerdir. Üzən vasitənin uzunluğu 395.4 metr, eni  59 metrdir. Bu, təxminən dörd futbol meydançası deməkdir.  “CSCL Globe” gəmisi altıncı yerdədir. Maksimal tutumu 19 min konteyner olan  gəminin uzunluğu 400metr, eni  58.6 metrdir. Bu nəhəng də Asiya-Avropa Beynəlxalq Nəqliyyat Marşrutunda istismar edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır