Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

ABŞ hərbi gəmisində baş verən yanğında yeddi nəfər xəsarət alıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Indianapolis” sahilyanı döyüş gəmisində yanğın baş verib. Hadisə nəticəsində yeddi hərbçi yüngül xəsarət alıb.

“Seanews.az” xəbər verir ki, yanğın iyunun 24-də yerli vaxtla saat 11:30 radələrində Floridadakı Meyport Hərbi Dəniz Bazasında gəmi körpüyə yan almış vəziyyətdə olarkən baş verib.

Yanğının söndürülməsinə Meyport Yanğın və Fövqəladə Hallar Xidməti, gəmi heyəti, eləcə də Ceksonvill Yanğın və Xilasetmə İdarəsinin əməkdaşları cəlb olunub. Alov qısa müddətdə lokallaşdırılıb və gəmidəki ziyan məhdud olub.

ABŞ Hərbi Dəniz Qüvvələri xəsarət alanların tibbi yardım göstərildikdən sonra həmin gün evə buraxıldığını bildirib. Yanğının başvermə səbəbi ilə bağlı araşdırma aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır