Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük sualtı qaya döşəmə gəmisi istismara verilib

Niderlandın dəniz xidmətləri şirkəti “Boskalis” 18 aylıq yenidənqurma işlərindən sonra dünyanın ən böyük sualtı qaya döşəmə (Subsea Rock Installation – SRI) gəmisi olan “Windpiper”i rəsmi olaraq istismara verib.

“Seanews.az” xəbər verir ki, uzunluğu 227 metr, eni isə 40 metr olan gəmi iki yük anbarında ümumilikdə 45 500 ton qaya daşımaq qabiliyyətinə malikdir. Bu, “Boskalis”in sualtı qaya döşəmə üzrə ümumi iş gücünü iki dəfə artıracaq.

“Windpiper” əsasən qaya yükləmə terminalları ilə layihə sahələri arasında uzun məsafəli marşrutlarda, o cümlədən Şimali Amerikanın şərq sahilləri, Baltik dənizi və Şimal dənizinin cənub hissəsində həyata keçirilən layihələr üçün nəzərdə tutulub. Böyük yük tutumu reyslərin sayını azaltmaqla həm əməliyyat xərclərini, həm də karbon emissiyalarını aşağı salmağa imkan verəcək.

Gəmi 31 000 kVt-dan çox quraşdırılmış gücə, yeddi thrusterə, DP2 dinamik mövqeləndirmə sisteminə və 100-dən çox təknəfərlik yaşayış otağına malikdir. O, dənizdəki qurğuların, xüsusilə də külək elektrik stansiyalarının bünövrələrinin qorunması üçün qaya döşənməsini təmin edən “moonpool” və “maili fall pipe” sistemləri ilə təchiz edilib.

Şirkətin bildirdiyinə görə, “Windpiper” ilk olaraq Şimal-Qərbi Avropada dəniz külək enerjisi layihələrində istifadə olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır