Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-23,
Seanews
Heyder Eliyev

Qara dənizdə su alan yük gəmisindən 13 heyət üzvü təxliyə edilib

Türkiyənin Kastamonu vilayətinin Doğanyurt rayonu sahillərində Palau bayrağı altında üzən “SVETOSLAVA” adlı yük gəmisinin maşın şöbəsinə su dolub. Təxminən 26 dəniz mili məsafədə hərəkət edən gəmidə suyun səviyyəsi artdıqdan sonra heyət kömək istəyib.

“Seanews.az” xəbər verir ki, Sahil Mühafizəsi qruplarının əməliyyatı nəticəsində gəmidəki 13 heyət üzvünün hamısı təhlükəsiz şəkildə təxliyə edilərək İnebolu limanına çatdırılıb. Onlar xəstəxanada müayinədən keçirilib və səhhətlərinin yaxşı olduğu bildirilib.

İHA-nın məlumatına görə, heyət üzvlərindən 11-i Azərbaycan, biri Türkiyə, biri isə Rusiya vətəndaşıdır.

1971-ci ildə inşa edilən “SVETOSLAVA” gəmisinin uzunluğu 133 metr, eni 17 metr, dedveyti isə 4 903 tondur. Heyətsiz qalan gəmi hazırda dənizdə lövbərdədir. Hava şəraitinin yaxşılaşmasından sonra gəminin xilas edilməsi üzrə işlərə başlanılması gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır