Hörmüz boğazından keçən tankerə naməlum mərmi dəyib – 2 heyət üzvü xəsarət alıb
Hörmüz boğazından keçən daha bir tankerə naməlum mərmi dəyib. Hadisə nəticəsində iki heyət üzvü yüngül xəsarət alıb.
“Seanews.az” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Hərbi qurumlar sentyabrın 21-də UKMTO-ya bildirib ki, tanker boğaza daxil olmaq istiqamətində hərəkət etdiyi zaman mərmi ilə vurulub.
UKMTO-nun məlumatına görə, gəmi öz hərəkətverici sisteminin gücü ilə növbəti təyinat limanına doğru üzməyə davam edib.
Hadisədən sonra ətraf mühitə hər hansı təsirin qeydə alınmadığı bildirilib.
İnsidentlə bağlı araşdırma aparılır. UKMTO bölgədən keçən gəmilərə ehtiyatlı olmağı və şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

