Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ayziya sahillərində tanker ba

Seanews.az xəbər verir ki, Malayziyanın Cohor ştatının yaxınlığında gəmidə partlayış baş verib. Partlayışdan sonra tanker batmağa başlayıb. Neft məhsulları daşıyan “MT Putri” tankeri Ekvatorial Qvineyanın Malabo limanında qeydiyyatda idi. Malayziya Dəniz administrasiyasının rəhbəri bildirib ki, 46.4 met uzunluğu olan gəmidə 6 nəfərlik heyət çalışırdı. Onların hamısı itkin düşüb. Hələ ki, gəmini tapmaq mümkün olmayıb. Tankerin batdığı ərazidə isə suyun üzünə yayılmış neft ləkələrini görmək mümkündür. Sinqapurun sahil mühafizə xidmətinin əməkdaşları Malayziya hökumətinə tankerin batması ilə bağlı məlumatı yerli vaxtla saat 05.00-də veriblər. Xatırladaq ki, bir neçə gün öncə həmin ərazidə “Avatar” quru yük gəmisi də batıb. Onda 15 nəfərlik heyətdən iki nəfər itkin düşmüşdü.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır