Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

class="content-title">Türkiyə “Yavuz” kəşfiyyat-qazma gəmisini Aralıq dənizinə yola salıb

Türkiyə Aralıq dənizinin şərq hissəsindəki milli sektorunda karbohidrogen ehtiyatlarının axtarışını davam etdirmək üçün “Yavuz” kəşfiyyat-qazma gəmisini yola salıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Kocaeli vilayətinin Dilovası rayonundakı dəniz limanında rəsmi mərasim təşkil olunub. Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez deyib ki, “Yavuz” gəmisi kəşfiyyat-qazma əməliyyatlarına iyulun əvvəlində başlayacaq.

Qeyd edək ki, Türkiyənin “Fatih” kəşfiyyat-qazma gəmisi Aralıq dənizindəki “Finike-1” adlı sahədə əməliyyat aparır. Yunanıstan və Cənubi Kipr yunan rəhbərliyinin Kipr adasının su sahəsində Türkiyənin kəşfiyyat-qazma işləri aparmasına etiraz etməsi rəsmi Ankaranın ciddi müqavimətinə səbəb olub. Türkiyə tərəfi əsaslandırır ki, Kiprin karbohidrogen ehtiyatlarından bəhrələnmək adanın türk və yunan icmalarının bərabər hüququdur. Bu hüquq beynəlxalq konvensiyalar əsasında müəyyən olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır