Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Ötən il dünya donanması ümumilikdə 46 gəmi itirib - STATİSTİKA

Ötən il dünya donanması ümumilikdə 46 gəmi itirib. Bu rəqəm 2017-ci ilin göstəricilərindən iki dəfə (98 gəmi),  son 10 ilin göstəricilərindən 55% (orta hesabla 104 gəmi) azdır.

“Seanews.az” xəbər verir ki,dəniz qəzalarının əkərsiyyətinə avadanlıqların zədələnməsi və sıradan çıxması səbəb olub. Son 10 ildə qeydə alınmış 26 min hadisənin üçdə bir hissəsi (8.8 mini) məhz bu səbəbdən baş verib.

Cənubi Çin, İndoneziya və Filippin suları qəzaların ən çox müşahidə edildiyi bölgələr sayılır. Şərqi Aralıq dənizi, Qara dəniz və İngilitərə Adaları da bu baxımdan ön yerlərdə dayanır.  Asiya gəmilərin təhlükəsizliyi üçün əlverişsiz olsa da, yeni infrastruktur, müasir naviqasiya avadanlıqları və təkmilləşdirilmiş liman əməliyyatları bu təhlükəni xeyli azaldıb.

Qəzaya uğrayan gəmilərin arasında quru yük gəmiləri üstünlük təşkil edir.

Ən çox qəza həftənin üçüncü günü baş verib. Bu, həmin gün dənizdə gəmilərin intensiv hərəkət etməsi ilə izah edilir. Ən sabit gün isə həftənin altıncı günü hesab olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır