Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Böyük Britaniyanın Hərbi-Dəniz Donanması Hörmüz boğazında tankerləri müşayiət edəcək

Böyük Britaniyanın Hərbi-Dəniz Donanması Hörmüz boğazında ingilis bayrağı ilə üzən neft tankerlərini müşayiət edəcək.  CNN  xəbər verir ki, bu məlumatı Birləşmiş Krallığın Müdafiə Nazirliyi yayıb.

Nazirliyin məlumatında bildirilir ki, bu qərar “Hörmüz boğazında kommersiya gəmiləri ilə bağlı yaranmış təhlükəli vəziyyətlə əlaqədardır”. Birləşmiş Krallığın Nəqliyyat Departamenti neft tankerlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq müraciət göndərib. Birləşmiş Krallığın Müdafiə Nazirliyinin məlumatında deyilir: “Naviqasiya sərbəstliyi qlobal ticarət sistemi və dünya iqtisadiyyatı üçün həlledici amildir. Biz onun təmin edilməsi üçün bütün tədbirləri görəcəyik”.

Sözügedən qərar Britaniya bayrağı ilə üzən “Stena Impero” neft tankerinin İranın İnqilab Keşikçiləri Korpusunun katerləri tərəfindən saxlanılmasından sonra qəbul edilib.

Bu günlərdə İran Prezidenti Həsən Ruhani bəyan edib ki, onun ölkəsi Cəbəllütariq boğazında saxlanılan gəminin azad olunması müqabilində Britaniya tankerini buraxa bilərlər.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır