Tarixin ən böyük gəmi inşa proqramı başlayır
Qətər dünyanın ən böyük LNG istehsalçısı mövqeyini daha da gücləndirir.
“Seanews.az” xəbər verir ki, bu məqsədlə “Qatar Petroleum” şirkəti “Daewoo” Gəmi inşa və dəniz mühəndisliyi, “Hyundai Heavy Industries” Co və “Samsung Heavy Industries” ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, 2027-ci ilədək “Qatar Petroleum” üçün 100-dən çox LNG gəmisi inşa olunacaq. Bunun üçün 19.1 milyard dollar ayrılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır