Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Şamaxı” gəmisinin təyinatı dəyişdirilir-

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Şamaxı” tankerinin  təyinatı dəyişdirilir. 1988-ci ildən sular qoynunda fasiləsiz neft və neft məhsulları daşıyan gəmi əsaslı təmir və yenidənqurmadan   sonra təmizləyici stansiya kimi fəaliyyət göstərəcək. Gəminin təmiri xüsusi layihə əsasında həyata keçirilir. Layihəyə əsasən,   “Şamaxı”da yeni təyinatlı  sistemlər quraşdırılacaq,  saatda 7 kubmetr məhsuldarlığa malik  iki buxar qazanı qoyulacaq ki,  bu da  tələbatı  tam ödəyə biləcək. Onun gövdə və sualtı hissələri də təmir olunacaq. “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlərin yekununda  “Şamaxı”nın rənglənməsi də nəzərdə tutulur. Stansiya hərəkətsiz qalmayacaq, zərurət yarananda başqa limanlarda gəmilərə operativ xidmət göstərmək üçün üzə biləcək. Yəni, baş mühərrikləri işlək vəziyyətə gətiriləcək.  Bu məqsədlə hazırda təmirlə paralel, sənədləşdirmə işləri də aparılır. Təmizləyici stansiyanın cari ilin iyulunda istifadəyə verilməsi planlaşdırılır. Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əvvəllər də təmizləyici stansiyası olub. Həmin gəmi istismar müddətini başa vurduğundan yenisinə ehtiyac yaranıb. Köhnə təmizləyici stansiyanın da üstündən birdəfəlik xətt çəkilməyəcək. Belə ki, onun  gələcəkdə muzeyə çevrilməsi nəzərdə tutulur.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır