Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Bir nəfərin də idarə edə biləcəyi gəmi Baltikdə üzəcək

Rusiyada yük və sərnişin gəmilərini mayeləşdirilmiş təbii qazla (LNG) təmin etmək üçün ilk bunker gəmisinin inşası başa çatıb.

"Seanews.az" xəbər verir ki, tikintinin son mərhələsində “Dmitri Mendeleyev” gəmisinin qaz və kriogen avadanlıqları, yükləmə sistemləri, mayeləşdirilmiş təbii qazı saxlama və boşaltmaq üçün nasos və kompressorları sınaqdan keçirilib. Yaxın gələcəkdə gəmi daimi iş yerinə - Baltik dənizinə doğru istiqamət götürəcək.

“Dmitri Mendeleyev” LNG-nin Finlandiya körfəzi və Baltik dənizinin Sankt-Peterburq, Ust-Luqa, Primorsk, Kalininqrad və Vıborq limanlarında gəmidən-gəmiyə nəql edilməsini təmin edəcək.

Gəminin uzunluğu 100 metr, eni 19 metr, tutumu 5,8 min kubmetrə qədərdir.

Layihədə gəmiqayırmanın və LNG-nin nəql texnologiyasının ən son nailiyyətlərindən istifadə olunub, dəniz nəqliyyatı və NGV yanacaq doldurma prosesləri üçün qabaqcıl ekoloji tələblər nəzərə alınıb.

Rəqəmsal inteqrasiya edilmiş sistem sayəsində gəmi naviqasiya körpüsündən bir nəfər tərəfindən idarə oluna bilər.

"Qazpromneft" in İdarə Heyəti sədrinin müavini Anatoli Çernerin sözlərinə görə, şirkət bu il Baltikyanı bölgədə LNG ilə kommersiya fəaliyyətinə başlayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır