Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

“Evergreen” 24 konteynerdaşıyan gəmi sifariş edib

“Evergreen”şirkəti, fider xidmətləri üçün 24 konteynerdaşıyan gəmi sifariş edib. Sifarişin ümumi dəyəri 1,1 milyard dollardır.

“Seanews.az”-ın məlumatına görə, konteynerdaşıyanlar “CSSC Huangpu Wenchong Shipbuilding” gəmiqayırma zavodunda inşa ediləcək.

Müqavilə üç tip ölçüdə - 3 min TEU tutumlu 11 ədəd, 2.3 min TEU tutumlu 11 ədəd və 1.8 min TEU tutumlu 2 ədəd konteynerdaşıyan gəminin inşasını nəzərdə tutur. Bir gəminin qiyməti 28 milyondan 51 milyon dollara qədərdir.

“Evergreen” əvvəllər də bir gəmiqayırma zavoduna böyük sifarişlər vermişdi, lakin bir müqavilə əsasında 24 gəmi sifariş etmək, hətta bu şirkət üçün də müstəsna haldır. Sifarişin böyüklüyünə görə,  “Evergreen” indi “MSC”-dən sonra ikinci yerdədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır