Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Dünən neft məhsulları daşıyan gəmilər bu gün səfərlərə quru yüklərlə çıxır

“Volga-Flot 4”, “Volga-Flot 8”... Dünənədək neft məhsulları daşıyan bu gəmilər indi səfərlərə quru yüklərlə  çıxır.

“Seanews.az”-ın məlumatına görə, "Volqa Gəmiçilik Şirkəti "ASC, 05074T layihəli üç tankerin çoxməqsədli quru yük gəmilərinə - teploxodlara çevrilməsini uğurla başa çatdırıb.

Bu seriyadan olan iki quru yük gəmisi -“Volga-Flot 4” və “Volga-Flot 8” ilk səfərlərinə çıxıblar. Modernləşdirilən gəmilər çınqıl  yükü üçün hazırda Onega gölünə istiqamət götürüblər.

"Volqa-Flot 1" teploxodu da dəniz sınaqlarından uğurla keçib və istismara hazırdır.

Tankerlərdən teploxodlara çevrilən və dörd yük anbarı olan bu gəmilərlə taxıl, taxta, kükürd, çınqıl, metal  və sair quru yüklər daşımaq mümkündür.

İkiqat dibə və ikiqat gövdəyə malik gəmilərin uzunluğu  138,3 metr, eni  16,7 metr, bortunun hündürlüyü 5,5 metr, dedveyti 5,5 min tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır