Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-15,
Seanews
Heyder Eliyev

Avstraliya kruiz gəmilərinə qadağanı ləğv edir

Avstraliya 17 aprel 2022-ci ildən qitənin limanlarına kruiz gəmilərinin girişi və yanalma qadağasını ləğv edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Greg Hunt bildirib.

Onun sözlərinə görə, tibbi ekspertlərin məsləhəti əsasında, hökumət 17 apreldən sonra beynəlxalq kruiz gəmilərinin Avstraliya limanlarına daxil olmasına və qalmalarına qadağa qoymayacaq.

Avstraliya Daxili İşlər Nazirliyinin məlumatına görə, pandemiyadan əvvəl ölkə hər il 600,000-dən çox sərnişin daşıyan 350-dən çox kruiz gəmisini qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır