Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-15,
Seanews
Heyder Eliyev

“Wan Hai Lines” tutumu 13,1 min TEU olan beş konteyner gəmisi sifariş verib

Tayvanın konteyner daşıyıcısı “Wan Hai Lines” tutumu 13,1 min TEU olan beş konteyner gəmisinin tikintisini sifariş verib. Müvafiq müqavilə cari il martın 25-də imzalanıb.

“Seanews.az” xəbər verir ki, gəmilər Koreyanın “Samsung Heavy Industries” gəmiqayırma zavodunda tikiləcək və 2024-cü ildə istismara veriləcək.

Yeni sifariş şirkətin donanmasının yenilənməsi planının bir hissəsidir. Ötən yay “Wan Hai Lines” və “Samsung Heavy” 16 konteynerdaşıyanın  - 13,1 min TEU tutumlu dörd və 3 min TEU tutumlu on iki konteyner gəmisinin tikintisi üçün müqavilə imzalamışdılar.

“Wan Hai Lines” hazırda 146 konteyner gəmisindən ibarət donanmanı idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır