"MSC Gaia" Qdınya limanına yan alan ən böyük konteyner gəmisi olub - VİDEO
Martın 22-də Qdınya limanındakı “BTC” terminalı “MSC Gaia” konteyner gəmisini qəbul edib. Bu da indiyədək limana daxil olan ən böyük və ən uzun gəmidir.
“Seanews.az” xəbər verir ki, uzunluğu 366 metr, tutumu 13798 TEU olan "MSC Gaia" konteynerdaşıyanı 2010-cu ildə tikilib.
Bundan əvvəl Qdınyaya gələn ən böyük gəminin uzunluğu 347 metr olub. Konteyner tutumuna görə isə rekord “MSC” şirkətinin başqa bir gəmisi - “Cape Akritas”-a (11 037 TEU) məxsus olub.
Martın 24-də Qdınyadan çıxan “MSC Gaia” konteyner gəmisi Klaypedaya istiqamət götürüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır