"CHUANG YI" tankerində partlayışdan sonra yanğın baş verib
Panama bayrağı altında üzən "CHUANG YI" tankerində partlayış olub və partlayışdan sonra yanğın başlayıb.
“Seanews.az” xəbər verir ki, зartlayış zamanı gəmi Tayvan boğazında - Honqkonqdan təxminən 170 dəniz mili cənub-şərqdə olub.
Hadisə nəticəsində heyətin 6 üzvü xəsarət alıb, 1 nəfər dünyasını dəyişib. Son məlumata görə, xəsarət alan dənizçilərdən dördünün vəziyyəti ağırdır.
Honqkonq Dəniz Axtarış və Xilasetmə Mərkəzinin məlumatına görə, gəmidəki yanğın söndürülüb. Zərərçəkənləri təxliyə etmək üçün iki helikopter və bir təyyarə göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır