Makao limanında bir neçə gəmi yanıb
Çinin xüsusi inzibati bölgəsi olan Makao limanında bir neçə gəmi yanıb.
“Seanews.az” xəbər verir ki, gəmilər ötən gün axşam saatlarında yanıb və hadisə zamanı çoxsaylı partlayış səsləri eşidilib.
Yanan gəmilər dəniz sularında lövbər salmış 10-dan çox balıqçı qayığının ortasında olub.
Xilasetmə əməliyyatı üçün hadisə yerinə yanğınsöndürənlər gəlib. Yanğının səbəbi və tələfat barədə məlumat verilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır