Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Tallink Grupp” yük gəmisini satır

Baltikyanı bərə operatoru “Tallink Grupp”-un törəmə şirkəti olan “Tallinn Swedish Line” özünün “Sea Wind” yük gəmisini satmaq üçün müqavilə bağlayıb.

“Seanews.az” xəbər verir ki,  gəmi “Muuqa-Vuosaari” marşrutu üzrə xidmət göstərib, lakin artıq Palyasaare (Tallin) limanında yeni sahiblərinə verilib. Satışdan sonra “Sea Wind” Baltik dənizində fəaliyyətini dayandıracaq.

Əməliyyatın məbləği və alıcı barədə məlumat verilmir. Lakin bir neçə xarici KİV-in yazdığına görə, bu, “Rudniki Shipping” olub.

Gəminin satışı “Tallink Grupp”-un fəaliyyətinin yenidən təşkili ilə nəticələnib: aprelin 19-dan Muuqa-Vuosaari və Paldiski-Kapelskar marşrutları üzrə dəniz daşımaları “Regal Star” və “Sailor” gəmiləri tərəfindən həyata keçirilir.

1972-ci ildə Danimarkanın “Helsingor Skipsvaerft”  gəmiqayırma zavodunda inşa edilən “Sea Wind” gəmisi İsveç və Finlandiya arasında yük daşıyırdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır