Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-16,
Seanews
Heyder Eliyev

Buzqıran konteyner gəmiləri Kanadada istismar ediləcək

“Maersk” buzqıran gəmilərindən ikisini – “Vistula Maersk” və “Vayenga Maersk” konteynerdaşıyanları Kanadada istismar edəcək.

“Seanews.az” xəbər verir ki, əvvəllər gəmilər Şimali Avropa və Baltikyanı ərazilərə cəlb edilib və Sankt-Peterburqa yan alıb.

Bu seriyadan cəmi yeddi gəmi var: “Vistula Maersk”, “Vayenga Maersk”, “Volqa Maersk”, “Vuoksi Maersk”, “Venta Maersk”, “Vilnia Maersk” və “Vaga Maersk”.

2018-ci ildə “Venta Maersk” Şimal dəniz yolu ilə hərəkət edib, lakin bu, sınaq səfərindən kənara çıxmayıb.

Çinin “COSCO Zhoushan Shipyard” zavodunda inşa olunan bu gəmilərin  uzunluğu 200 metr, eni  35,2 metr, hündürlüyü 56,1 metr, heyəti 28 nəfərdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır