“Əl Şamal” gəmisi Qətərə yola düşüb
Türkiyənin Anadolu Gəmiqayırma zovunda inşa edilən “Əl Şamal” silahlı təlim gəmisi Qətərə doğru istiqamət götürüb.
Bu, Qətər Hərbi Dəniz Qüvvələri üçün inşa olunan ikinci gəmidir. “Əl Şamal”-ın tikintisinə 2019-cu ilin fevralında başlanılıb və 2020-ci ilin dekabrında suya buraxılıb.
“Əl Doha” adlı ilk gəmi 2021-ci il avqustun 25-də Qətər donanmasına təhvil verilib.
Qətər 2018-ci ilin mart ayında Dohada keçirilən dəniz müdafiəsi sərgisi zamanı Anadolu Gəmiqayırma Zavoduna iki təlim gəmisi sifariş edib. “Offshore Patrol Ship” sinfinə aid olan bu gəmilərdən təlim üçün istifadə edilməsi planlaşdırılır. Gəmidə 76 tələbə və 8 təlimatçı, həmçinin 66 dənizçidən ibarət sıravi heyət üçün yaşayış yeri var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır