Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-16,
Seanews
Heyder Eliyev

Uzadılmış gəmilərin yükgötürmə qabiliyyəti standart “RoPax” gəmiləri ilə müqayisədə 30% artıb

“Stena RoRo” şirkəti bərə operatoru “Stena Line”-a “E-Flexer” sinifli iki uzadılmış bərələrdən birincisini təhvil verib.

“Seanews.az” xəbər verir ki, “Stena Estelle” adlı gəmi İsveç-Polşa arasında Karlskrona – Qdınya bərə xəttində istismar ediləcək.

Ümumilikdə, “Stena Line” öz donanmasına beş “E-Flexer” əlavə etməyi planlaşdırır. Bu bərələrdən ikisi uzadılmışdır.

Əsas layihə ilə müqayisədə bu iki bərənin uzunluğu 36 metr artırılaraq, demək olar ki, 240 metrə çatdırılıb. Digər “RoPax” bərələri ilə müqayisədə onlar daha yüksək tutumları ilə seçilirlər: kayutların sayı 50% artırılıb, bunun sayəsində gəmi 30% daha çox sərnişin və 15% daha çox yük qəbul edə bilir. Dizayn eyni vaxtda iki yük göyərtəsinin yüklənməsi və boşaldılmasına imkan verir ki, bu da limanlarda sərf olunan vaxtı azaldır.

“Stena RoRo” şirkəti hazırda “E-Flexer” sinifli gəmilər üçün 12 təsdiqlənmiş sifarişə malikdir. Bu bərələrin hamısı Çinin Veyhaye şəhərindəki “CMI Jingling” gəmiqayırma zavodunda tikilir.

Çin tərsanəsində “Stena”-nın törəmə şirkəti “RoRo” ilə birgə layihələndirilmiş və tikilmiş “E-Flexer” sinifli uzadılmış gəmilər digər sinif bərələrinə nisbətən 25% qənaətlidir. Onların yükgötürmə qabiliyyəti isə 30% artıb. Uzunluğu  239,7 metr, eni 27,8 metr, suya oturumu  6,4 metr olan bu gəmi 120 nəqliyyat vasitəsi və 1200 nəfər daşıya bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır