“PIL” Lui limanına gəmi səfərlərini bərpa edir
“Pacific International Lines” (“PIL”) şirkəti Mavrikiy Respublikasının Lui limanına gəmi səfərlərinin bərpa olunduğunu bildirib. Lui limanına giriş Mozambikə həftəlik “PIL” xidmətinə əlavə olunacaq.
“Seanews.az” xəbər verir ki, gəmilər Sinqapur - Lui - Reunion - Tamatave - Maputo - Beyra/Nakala – Sinqapur marşrutu üzrə hərəkət edəcək.
Təkmilləşdirilmiş xidmət üzrə ilk səfər iyulun 14-də Sinqapurdan yola düşəcək “Kota Nanhai” konteyner gəmisi ilə həyata keçiriləcək. Gəmi Lui limanına təxminən iyulun 25-də yan alacaq.
Şirkətdə deyirlər ki, gəmi səfərlərinin bərpası ilə “PIL” Hind okeanı və Mozambik adalarına xidmət dairəsini genişləndirə biləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır