“Castoro 10” gəmisi Bosfor boğazından keçərək Filyos limanına çatıb
Həftənin əvvəlində Baham adalarının bayrağı altında borudüzən “Castoro 10” gəmisi Bosfor boğazından keçərək Qara dənizə doğru irəliləyib.
“Seanews.az” xəbər verir ki, iyunun 8-də 73 metrlik “Maersk Tracker” gəmisinin yedəyə aldığı “Castoro 10” borudüzən gəmisi (gəminin uzunluğu 140 m və eni 30 m) Filyos limanına gəlib.
“Castoro 10” Qara dənizdə ehtiyatları 540 milyard kubmetr olan böyük dəniz qaz yatağının işlənməsi çərçivəsində dayaz sularda boruların çəkilməsi üçün hazırlıq işlərinə başlayacaq. “Sakarya” adlı yataq Türkiyə sahillərindən təxminən 150 km aralıda yerləşir. Layihəyə 4,2 min mütəxəssis və üçü qazma gəmisi olmaqla16 gəmi cəlb edilib
Hazırda Qara dənizin Türkiyə sektorunda yerləşən “Sakarya” yatağında quyuların qazılması, sahildə isə Filyos Təbii Qaz terminalının tikintisi davam edir.
Qeyd olunur ki, Qara dənizin o tayında, iyulun əvvəlində daha bir gəmi dərinsulu hissəyə borular çəkəcək.