Limanlarda konteyner gəmilərinin boş dayanması ilə bağlı vəziyyət getdikcə yaxşılaşır
Limanlarda konteyner gəmilərinin dayanması ilə bağlı vəziyyət getdikcə yaxşılaşır, boş qalan gəmilərin sayı azalır, lakin dünya donanmasının 10%-dən çoxu tıxac səbəbindən faktiki olaraq iflic vəziyyətdə qalır.
“Seanews.az” xəbər verir ki, “Sea-Intelligence”-nin hesablamalarına əsasən, yanvarda bu göstərici 13,8% təşkil edib. Donanmanın boş dayanmasının 10,5%-ə qədər azalması vəziyyətin tədricən normallaşdığını göstərir.
Terminalların Yüklənməsi İndeksi də limanlarda vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir. Onun dəyəri ilin əvvəlindəki 95%-dən 50%-dək aşağı düşüb. Bununla belə, analitikiklər qeyd edib ki, əlverişli dinamika əsasən Aralıq dənizi limanlarında vəziyyətin yaxşılaşması ilə bağlıdır, Şimali Avropanın ən böyük limanlarında isə çox gərgin olaraq qalır.