Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-16,
Seanews
Heyder Eliyev

Patrul gəmilərindən dəniz quldurluğu ilə mübarizədə istifadə olunacaq

Hindistanın müdafiə naziri Rajnath Sinqh 12 yüksək sürətli patrul gəmisinin Vyetnama təhvil verilməsi mərasimində iştirak edib.

“Seanews.az” xəbər verir ki, gəmilər Nyu-Dehlinin Hanoy şəhərinə ayırdığı 100 milyon dollarlıq kreditin bir hissəsi kimi hazırlanıb. Hindistan və Vyetnam həmçinin 2030-cu ilə qədər müdafiə əlaqələrinin "miqyas və əhatə dairəsini" genişləndirmək haqqında saziş və hərbçilərə təmir və təchizat üçün bir-birinin bazalarından istifadə etməyə imkan verən logistik dəstək paktı imzalayıblar.

Sifariş edilən 12 gəmidən birincisinin tikintisinə  2019-cu ilin avqustunda Hindistandakı L&T müəssisəsində başlanılıb və 2020-ci ilin dekabrında Vyetnama təhvil verilib. Uzunluğu 35 metr olan patrul gəmilərinin maksimal sürəti 35 knotdır. Müasir naviqasiya sistemləri, müşahidə və müdafiə avadanlığı ilə təchiz edilən gəmilər Vyetnam Sahil Mühafizəsi tərəfindən qaçaqmalçılar, dəniz quldurları ilə mübarizə və axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün istifadə olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır