Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-16,
Seanews
Heyder Eliyev

333,9 metr uzunluğunda konteyner gəmisi 23 düyün sürətlə hərəkət edir

“Yang Ming” şirkəti 11.000 TEU tutumlu daha bir konteyner gəmisini istismara qəbul edib.

“Seanews.az” xəbər verir ki,  "YM Tranquility" adlandırılan bu konteynerdaşıyan “Yang Ming” şirkətinin “Shoei Kisen Kaisha“dan icarəyə götürdüyü 14 11.000 TEU-luq seriyadan on birinci gəmidir.

Konteyner gəmisinin uzunluğu 333,9 metr, eni 48,4 metrdir. 23 düyün sürətlə hərəkət edəcək gəmi ballast suyu təmizləyən qurğu və “alternativ dəniz enerjisi” ilə təchiz olunub.

"YM Tranquility" gəmisi Honkonq - Yantyan - Şanxay - Pusan - Vankuver - Tacoma/Sietl - Pusan - Kaosyun – Honkonq xətti üzrə səfərlər edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır