• Bakı, 2022-07-05,
Seanews
Heyder Eliyev

Yüksək manqanlı poladdan ilk LNG yanacaq çəni - VİDEO

“Daewoo Shipbuilding & Marine Engineering” şirkəti “Posco” şirkətinin yüksək manqanlı poladından LNG yanacaq çəninin “VLCC” tankerinə quraşdırılmasının videosunu yayıb. Çənin çəkisi 300 ton, tutumu 3 min tondur.

“Seanews.az” xəbər verir ki, gəmiqayıranlar və metallurqlar yüksək miqdarda manqan olan poladdan LNG çəninin hazırlanmasına 10 il sərf ediblər. Yeni materialların istifadəsi sayəsində maya dəyəri 30%-dən çox aşağı düşüb, möhkəmlik və aşınma müqaviməti göstəriciləri əhəmiyyətli dərəcədə artıb.

Kvanyan LNG terminalında beşinci çənin tikintisində tərkibində 10%-dən 30%-ə qədər manqan olan poladdan istifadə edilib. Belə poladdan həmçinin LNG ilə işləyən 20-yə yaxın gəmi üçün yanacaq çənlərinin qurulmasında istifadə edilmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır