MSC konteyner gəmisində partlayış baş verib
“MSC Rachele” konteyner gəmisinin maşın şöbəsində partlayış baş verib.
“Seanews.az” xəbər verir ki, konteyner gəmisi İtaliyanın Neapol limanından Fransanın Fos-sur-Mer limanına gedirmiş.
Hadisə nəticəsində xəsarət alan 3 heyət üzvündən ikisi Tulondakı Saint-Anne hərbi xəstəxanasına, biri isə eyni şəhərdəki Sainte-Musset xəstəxanasına çatdırılıb.
“MSC Rachele” Marsel-Foz limanına aparılıb.
Yanğın günorta saatlarında nəzarətə götürülüb. Gəmiyə heç bir ziyan dəyməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır