Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-11,
Seanews
Heyder Eliyev

Çinin metanolla işləyən ilk iki yanacaqlı tankeri istismara verilib - VİDEO

Çinin metanolla işləyən ilk iki yanacaqlı tankeri ölkənin cənubundakı Quançjou şəhərində istismara verilib.

“Seanews.az” xəbər verir ki, dedveyti 49,9 min ton olan "Stena Pro Patria" adlı gəmi “Guangzhou Shipyard International” tərsanəsində inşa edilib.

Pilot sınaqları sübut edib ki, yeni gəmi ətraf mühitə atılan karbon emissiyalarını 75%, azotu 15%, kükürd və bərk hissəcikləri 99% azalda bilər.

Gəmiqayırma zavodunun baş direktor müavininin sözlərinə görə, “yaşıl gəmilər” gəmiçilik bazarının inkişaf göstəricisidir. Hazırda gəmiqayırma zavodunun iki yanacaqla işləyən gəmilərin tikintisi üçün 38 sifarişi var.

Artıq dünyanın 100-dən çox limanında metanol əlçatandır. Bu, CO2 emissiyalarını azaldan təmiz, nəqliyyat üçün təhlükəsiz və tamamilə bioloji parçalana bilən yanacaqdır.

LNG kimi alternativ bunkerlərlə müqayisədə metanolun saxlanması və daşınması daha rahatdır və infrastruktur tikintisi baxımından daha ucuz başa gəlir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır